Bugün:

Ermənistan ərazisindəki Azərbaycan toponimlərinin interaktiv xəritəsi təqdim olunub

Təhsil 09-okt, 12:519 respublikatv 1 251 0
0
Bakıda "Müasir Ermənistan ərazisindəki Azərbaycan toponimləri" interaktiv xəritə portalının təqdimatı keçirilib.
RESPUBLIKA TV xəbər verir ki, layihə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi tərəfindən həyata keçirilib.
Təqdimatda çıxış edən Birliyin rəhbəri, layihənin koordinatoru Şəlalə Həsənova qeyd edib ki, bu, onlayn platformada (www.realmap.az) toponimlərin həqiqi panoraması və bu gün Ermənistanda hər cür saxtalaşdırılmış demoqrafik faktlar təqdim olunub.
Portalın əsasını təşkil edən interaktiv xəritədə orta əsrlərdən Qərbi Azərbaycanda mövcud olmuş 400 Azərbaycan kəndi tam dəqiq coğrafi koordinatları üzrə yerləşdirilib. Qan damlalarını xatırladan qırmızı nişanları kliklədikdə hər kəndin türk mənşəli toponimi, onun erməniləşdirildiyi tarix və müxtəlif illərdə orada yaşayan azərbaycanlıların sayı barədə məlumat almaq olur.
Yeni platformanın istifadəyə verilməsini jurnalistlərə şərh edən Azərbaycan Gənclər və İdman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, bu layihə Azərbaycan tarixi ilə bağlı həqiqətləri həm gənclərə, həm də dünya ictimaiyyətinə çatdırmağa kömək edəcək.
Xəritə ilə yanaşı, portalda “Ermənistanda Azərbaycan toponimləri”, “Əhali”, “Arxiv sənədlər” kimi yardımçı bölmələr də yer alıb. Burada mövzu üzrə cədvəllər, ətraflı məlumatlar, nadir sənədlər yerləşdirilib, kəndlərin adları əlifba sırası ilə verilib və 1918-1920-ci illərdə daşnakların hakimiyyəti dövründə hər kənddə azərbaycanlıların soyqırımına dəlalət edən statistik məlumat verilib. 
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın
Çap
Oxşar xəbərlər
Şərh bildir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Canlı yayım
Sosial şəbəkə
TƏQVİM
«    oktyabr 2019    »
BeÇaÇCaCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
28293031