Bugün:

Nazirlik: Təmayül sinifləri 15 şagirddən az olmamaqla komplektləşdirilir

Təhsil 17-avq, 14:329 respublikatv 2 162 0
0
Ümumi orta təhsil səviyyəsini yüksək qiymətlərlə bitirən şagirdlər meyl və maraqları, təlim nailiyyətləri, gələcək ixtisas yönümü nəzərə alınmaqla məktəbdə təşkil edilmiş təmayül siniflərinə qəbul olunurlar.

Respublika tv xəbər verir ki, Nazirlikdən APA-ya verilən məlumata görə, “Ümumi təhsil haqqında” qanuna əsasən, təmayül sinifləri 15 şagirddən az olmamaqla komplektləşdirilir. Təmayül siniflərinə şagird seçimi hər dərs ilinin II yarımilinin əvvəlindən başlanılır. Şagird sayı az olan və bir-birinə yaxın ərazidə yerləşən müxtəlif məktəblərin şagirdlərindən seçilmiş bir məktəbdə təmayül sinifləri təşkil oluna bilər. Bu zaman həmin təhsil müəssisəsinin əlverişli coğrafi mövqedə yerləşməsi, yol infrastrukturu, məktəbdə peşəkar və təcrübəli müəllimlərin olması kimi amillər nəzərə alınır. 


Meyl və maraqları müxtəlif istiqamətli olan şagirdlərdən ibarət yaxın 2 təmayül sahəsini əhatə edən siniflər (qoşa təmayüllü) təşkil oluna bilər. Bu siniflərdə uyğun təmayül siniflərilə yanaşı, “Azərbaycan dili”, “Azərbaycan tarixi”, “Xarici dil”, “Riyaziyyat”, “İnformatika”, “Fiziki tərbiyə”, “Çağırışaqədərki hazırlıq” fənləri tədris olunur. 



Yerdəyişmə zamanı şagird getdiyi məktəbdə eyni təmayüllü sinfə qəbul edilir. Belə sinif olmadıqda şagird öz arzusuna görə qismən yaxın təmayüllü sinfə qəbul edilə bilər. Əks halda şagird ərazidəki təmayül tətbiq edilməyən məktəbin adi sinfində təhsilini davam etdirməlidir. Şagird X sinifdə oxuyarkən dərs ilinin birinci yarısında, ən geci yarımil başa çatanadək təmayül istiqamətinin dəyişilməsinə yol verilir. 


Seçilmiş təmayüllər üzrə təsdiq edilmiş tədris planlarında nəzərdə tutulmayan digər fənlərdən tam orta təhsil haqqında attestata ümumi orta təhsil səviyyəsində həmin fənlərdən tədris olunan saatların ümumi miqdarı və təhsilalanın bu fənlərdən yekun attestasiya nəticələri (illik) yazılır.
Çap
Oxşar xəbərlər
Şərh bildir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Canlı yayım
Sosial şəbəkə
TƏQVİM
«    sentyabr 2019    »
BeÇaÇCaCŞBa
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30