Bugün:

“ABŞ-ın Suriyaya dair mövqeyi çox ziddiyyətlidir” - Lavrov

Siyasət 09-okt, 12:249 respublikatv 1 248 0
0
ABŞ-ın Suriyaya dair mövqeyi çox ziddiyyətlidir və uyğunsuzluğu əks etdirir.
Respublika tv "RİA-Novosti"yə istinadla xəbər verir ki, bu barədə Nur-Sultanda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Suriyada Amerikanın hərəkətlərində nələrin düzgün olmadığını söyləməkdə çətinlik çəkir, amma onların mövqelərində ziddiyyət və uyğunsuzluğun əks olunması artıq müəyyən edilmiş bir faktdır.

Lavrov xatırladıb ki, bir vaxtlar Rusiya ABŞ-ı dəfələrlə öz bazalarını yaratdıqları ət-Tanf bölgəsində ərazilərin qanunsuz işğalını dayandırmağa çağırıb.

“Amerikalılar başa düşməlidirlər ki, Suriyanın şimal-şərqində onların iştirakı ilə son bir neçə ildə baş verən proseslər BMT Təhlükəsizlik Şurasının bu ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə bağlı qətnaməsinin tələblərinin birbaşa pozulmasıdır”, - deyə XİN rəhbəri vurğulayıb.

Lavrovun sözlərinə görə, amerikalılar orada kvazi dövlət quruluşu təşkil edib, həmçinin kürd mövzusunu çox fəal şəkildə təbliğ ediblər.
“Bu şəkildə təbliğ edilmə həmin ərazilərdə ənənəvi olaraq yaşayan ərəb qəbilələri arasında etirazlara səbəb olub. Bu, çox təhlükəli bir oyundur. Bu məqamı onların diqqətinə çatdıracağıq. Amma biz hələ ABŞ-ın ziddiyyətli siyasətində ciddi dəyişiklik görmürük”.
Çap
Oxşar xəbərlər
Şərh bildir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Canlı yayım
Sosial şəbəkə
TƏQVİM
«    oktyabr 2019    »
BeÇaÇCaCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
28293031