Bugün:

Birinci vitse-prezident Mehriban Əliyeva: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"

Siyasət 19-avq, 10:209 respublikatv 2 151 0
0
"Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim".

Respublika tv APA-ya istinadən bildirir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bunu "İnstagram" sosial şəbəkəsindəki səhifəsində yazıb.


Birinci vitse-prezident Mehriban Əliyeva bu insanların qəhrəmanlığı qarşısında baş əydiyini bildirib: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub. Allah rəhmət eləsin. Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!".
Çap
Oxşar xəbərlər
Şərh bildir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Canlı yayım
Sosial şəbəkə
TƏQVİM
«    sentyabr 2019    »
BeÇaÇCaCŞBa
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30