Bugün:

Azərbaycan XİN Sudanı sülh sazişi ilə əlaqədar təbrik edib

Siyasət 19-avq, 09:259 respublikatv 2 124 0
0
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Sudanı ölkədə imzalanmış sülh sazişi ilə əlaqədar təbrik edib.

Respublika tv APA-ya istinadən bildirir ki, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində qeyd olunub.


Azərbaycan beynəlxalq ictimaiyyətə qoşularaq qardaş Sudan xalqını Afrika İttifaqı və Efiopiyanın vasitəçiliyi ilə tarixi sazişin imzalanması münasibətilə təbrik edib: "Bu saziş Sudanda sülh, stabillik və rifaha doğru tarixi nailiyyətdir".


Qeyd edək ki, avqustun 17-də paytaxt Xartumda keçirilən təntənəli mərasimdə ölkənin Hərbi Şurası və əsas müxalifət birliyi olan “Azadlıq və dəyişikliklər” alyansı arasında Konstitusiya Bəyannaməsi imzalanıb. Sənəd ölkədə keçid dövrünün əsas prinsiplərini ehtiva edir. Həmin dövrdə hərbçilər tədricən hakimiyyəti mülki şəxslərə təhvil verməlidirlər. Eyni zamanda, tərəflər arasında siyasi sazişin də yekun variantı imzalanıb və bu sənəddə keçid dövründə ölkənin siyasi quruluşunun əsas müddəaları təsbit olunub. Bu sazişin mətni iyul ayında razılaşdırılıb.


Konstitusiya Bəyannaməsi və sazişi Sudanın Keçici Hərbi Şurasının sədr müavini, general Məhəmməd Həmdan Daqalo və “Azadlıq və dəyişikliklər” alyansının nümayəndəsi Əhməd Rabiyə Efiopiyanın Baş Naziri Əbiy Əhməd və Cənubi Sudanın Prezidenti Salva Kiyrin iştirakı ilə imzalayıblar.


İmzalanma mərasimində Səudiyyə Ərəbistanın Xarici İşlər naziri Adil əl-Cübeyr və Misirin Baş naziri Mustafa Madbuli iştirak ediblər.

Çap
Oxşar xəbərlər
Şərh bildir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Canlı yayım
Sosial şəbəkə
TƏQVİM
«    sentyabr 2019    »
BeÇaÇCaCŞBa
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30