Bugün:

Ülvi Ələkbərzadə -"Eşq ətirli misralar"

Mədəniyyət 13-sen, 20:259 respublikatv 1 240 0
0
"Eşq ətirli misralar"

Ovucumda çiçək açıb
Sənin gülüşlərin..
Arzularımdan, ümidlərimdən
Sənin ətrin gəlir..
Gözlərimdə gözlərin,
Əllərimdə -əllərin gəzir..
Çiçəkləyən gülüşün
Kəpənək olub,
Qonur baxışlarıma..
Baxışlarım saçlarına sığal çəkir.
Çiyələk dodaqlarını
Sənə yazdığım,
Sevgi misraları bələyib...
Dodaqlarından sətir-sətir,
Heca-heca
Eşqimiz süzülür..
Gözlərindəki mavi,
Sahilsiz dənizdə ,sənə olan
Saf,təmiz eşqim
Yelkən açıb ,gələcəyə
Üzür...
Kirpiklərini oxu,əzizim
Kirpiklərindən sənə yazdığım
Məktublar asılıb..
Eşq qoxulu, yasəmən ətirli
"Sən ətirli" məktublar...
Elə səndə mənim üçün
yasəmən,bənövşə,
Lalə çiçəyisən..
Ülvi Ələkbərzadə (12.09.2019) saat: 23:00
Çap
Oxşar xəbərlər
Şərh bildir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Canlı yayım
Sosial şəbəkə
TƏQVİM
«    sentyabr 2019    »
BeÇaÇCaCŞBa
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30