Bugün:

"Visa" ilk dəfə Azərbaycanda tokenizasiya xidmətini tətbiq edəcək

İqtisadiyyət 16-avq, 13:419 respublikatv 2 484 0
0
“Visa” beynəlxalq kart təşkilatı Azərbaycanda ilk dəfə nağdsız ödənişlərin inkişafında, innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsində mühüm rol oynayacaq tokenizasiya xidmətini tətbiq edəcək.

Respublika tv xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, bunu nəzərə alaraq Palatada “Visa” ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, innovativ texnologiyalar sahəsində qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi məqsədilə seminar keçirilib.


İştirakçılara tokenizasiya xidməti və onun üstünlükləri, qabaqcıl ölkələrin bu istiqamətdə təcrübələri, təsərrüfat subyektlərində POS-terminal olmadan mobil telefonlar vasitəsilə nağdsız ödənişlərin həyata keçirilməsi imkanları müzakirə edilib.


Palata tərəfindən ölkədə tətbiqi dəstəklənən bu layihə nağdsız ödənişlərdə yeniliklərin tətbiqinə səbəb olmaqla, nağdsız cəmiyyətin formalaşmasında və nağdsız ödənişlərin ödəniş kartı ilə yanaşı digər vasitələrlə həyata keçirilməsində mühüm rol oynayacaq.
Çap
Oxşar xəbərlər
Şərh bildir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Canlı yayım
Sosial şəbəkə
TƏQVİM
«    sentyabr 2019    »
BeÇaÇCaCŞBa
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30