Respublika TV / Eden Hazard ağır zədələndi

Eden Hazard ağır zədələndi

"Real"ın yeni transferi və Belçika millisinin yarımmüdafiəçisi Eden Hazard zədə səbəbindən üç-dörd həftə ərzində baş tutacaq oyunları buraxa bilər.

Respublika tv Unikal.org-a istinadən xəbər verir ki, futbolçunun ombadan aldığı zədə təxminən bir aya sağalacaq. Bu səbəbdən, futbolçu İspaniya çempionatının ilk üç turunda "Selta", "Valladolid" və "Villarreal" a qarşı oyunları buraxacaq.


Ayrıca, oyunçu Avro-2020-nin seçmə turnirində Belçika millisinin San Marino və Şotlandiyaya qarşı matçlarını buraxmaq riski ilə də üzləşib.


18-08-2019, 14:18
Geriyə qayıt