Respublika TV / “Alaves”in futbolçusu məişət zorakılığı etdiyi üçün İspaniya polisi tərəfindən saxlanılıb

“Alaves”in futbolçusu məişət zorakılığı etdiyi üçün İspaniya polisi tərəfindən saxlanılıb

“Alaves” klubunun futbolçusu Olivye Verdon İspaniya polisi tərəfindən saxlanılıb. 

Respublika tv Apa-ya istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi məişət zorakılığında ittiham olunur.


Bildirilir ki, O. Verdon oteldə sevgilisi ilə mübahisə edib və onu dəhlizboyu saçlarından sürüyüb. Eyni zamanda, futbolçuda da zədələr aşkarlandığından qız da istintaq qarşısında cavab verəcək. 



Qeyd edək ki, Benindən olan O. Verdon bu il “Alaves”ə gələnədək Fransa klublarının formasını geyinib. O, son mövsümdə “Soşo”nun heyətində Liqa2-də 30 oyuna çıxıb və 2 qol vurub.
17-08-2019, 15:42
Geriyə qayıt