Bugün:

"Qarabağ"ın futbolçusu Çempionlar Liqasında ilk, avrokuboklarda 5-ci qolunu vurub

İdman 18-iyl, 10:139 respublikatv 2 810 0
0
Ağdamın “Qarabağ” klubunun futbolçusu Filip Ozobiç avrokuboklarda 5-ci qolunu vurub.

APA-nın məlumatına görə, Respublika tv APA-ya istinadən bildirir ki, xorvatiyalı yarımmüdafiəçi yubiley uğuruna Çempionlar Liqasının I təsnifat mərhələsinin Albaniya “Partizani”si ilə cavab matçında imza atıb.


Qarşılaşmada hesabı açan F.Ozobiç bunadək qitə miqyaslı klub turnirlərində 4 qola imza atmışdı. O, bu topların hamısını Azərbaycan klublarının heyətində vurub. 


Yarımmüdafiəçi “Qəbələ”də 3 dəfə fərqlənibsə, “Qarabağ”da qol hesabını 2-yə çatdırıb. O, qəbələlilərlə 2016/17 mövsümündə MTK-nı (Macarıstan) səfərdə, “Lill”i (Fransa) evdə, növbəti il “Yagelloniya”nı (Polşa) da rəqib meydanında məyus edib. Bu üç top kimi “Qarabağ”la da Avropa Liqasında fərqlənən xorvatiyalı ötən mövsüm evdə “Şerif”in (Moldova) qapısına yol tapıb. Bugünkü qol isə F.Ozobiçin Çempionlar Liqasında ilk sevinci olub.

Çap
Oxşar xəbərlər
Şərh bildir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Canlı yayım
Sosial şəbəkə
TƏQVİM
«    oktyabr 2019    »
BeÇaÇCaCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
28293031