Bugün:

"Neftçi" "Səbail"i məğlub edib

İdman 05-okt, 21:209 respublikatv 139 0
0
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
"Report" xəbər verir ki, həftənin ikinci matçında "Neftçi" "Səbail"i qəbul edib. "Bakcell Arena"da baş tutan görüşdə hesabı meydan sahibləri açıb. Qarşılaşmanın 41-ci dəqiqəsində Stiven Monroz künc zərbəsindən sonra başla fərqlənib. Bundan 3 dəqiqə sonra isə Anton Krivotsyuk eyni ssenari ilə topu qapıdan keçirib.
Oyunda son nöqtəni isə 81-ci dəqiqədə Ağabala Ramazanov qoyub - 2:1.
Bu qələbədən sonra xalını 11-ə çatdıran "Neftçi" "Keşlə" ilə "üçlüy"ü qapayırlar. Bu komandalar lider "Qarabağ"dan 7 xal geri qalırlar. Hesabında 10 xal olan "Səbail" isə 4-cü pilləyə düşüb.
Qeyd edək ki, həftənin açılış matçında "Sumqayıt" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. Tura sabah keçiriləcək "Zirə" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları ilə yekun vurulacaq.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Çap
Oxşar xəbərlər
Şərh bildir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Canlı yayım
Sosial şəbəkə
TƏQVİM
«    oktyabr 2019    »
BeÇaÇCaCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
28293031