Bugün:

AFFA-nın baş katibi millimizin üzvləri ilə görüşüb

İdman 04-okt, 22:179 respublikatv 1 473 0
0
Oktyabrın 4-də AFFA-nın baş katibi Elxan Məmmədov Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüb.
respublika tv AFFA-ya istinadən xəbər verir ki, baş katib komandaya Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıb. Komandanın baş məşqçisi Samir Əliyev oyunlara hazırlıq üçün yaradılmış şəraitə görə AFFA rəhbərliyinə təşəkkür edib, seçmə mərhələdə uğurlu çıxış etmək üçün çalışacaqlarını bildirib.

Görüşdə İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və AFFA-nın Texniki direktoru Bernhard Lippert iştirak ediblər.

Xatırladaq ki, U-19 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da Norveç, üç gün sonra Çexiya, ayın 15-də isə San-Marionunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Qrupun oyunları Çexiyada keçiriləcək.
Çap
Oxşar xəbərlər
Şərh bildir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Canlı yayım
Sosial şəbəkə
TƏQVİM
«    oktyabr 2019    »
BeÇaÇCaCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
28293031