Bugün:

Qax rayon sakini Şəkidə faciəvi şəkildə ölüb

Hadisə 19-avq, 09:469 respublikatv 2 136 0
0
Qax rayon sakini Şəkidə faciəvi şəkildə ölüb.

Respublika tv APA-ya istinadən bildirir ki, hadisə bu gün Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiralının yenidən qurulan hissəsində, yolun Şəki rayonu Dəhnə kəndi ərazisindən keçən hissəsində baş verib.


Qax rayon sakininin idarə etdiyi "Mersedes" markalı mikroavtobusda nasazlıq yaranıb. Mikroavtobusu "Kamaz" markalı yük avtomobilinə qoşaraq ərazidən aparmaq istəyən zaman mikroavtobusun sərnişini, Qax rayon sakini Zaur Rafayıl oğlu İbrahimov iki avtomobilin arasında qalaraq aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.


Z. İbrahimovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.
Çap
Oxşar xəbərlər
Şərh bildir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Canlı yayım
Sosial şəbəkə
TƏQVİM
«    sentyabr 2019    »
BeÇaÇCaCŞBa
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30