Bugün:

Suriyada “Barış pınarı” - Ərdoğan əmr verdi, terrorçular məhv edilir

Dünya 09-okt, 21:549 respublikatv 1 248 0
0
Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmasına qarşı başlatdığı “Barış pınarı” əməliyyatı uğurla davam etdirilir.
RESPUBLIKA TV xəbər verir ki, son məlumatlara əsasən, Türkiyə ordusu sərhəddən Suriya istiqamətində 30 kilometr irəliləyərək terrorçuların mövqelərinə sarsıdıcı zərbələr endirib. Əməliyyata "F16" bombardmançı təyyarələri də cəlb olunub.

Qırıcılar Rami hərbi bazasını və silah anbarını, Aluk, Mustel, Əsadiyə, Fender və Huşan kəndlərindəki hədəfləri bombalayıb. Dərik və Qamışlı əyalətlərində terrorçular məhv edilib.



Hərbi əməliyyatlarla əlaqədar Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan Təhlükəsizlik Şurasını toplayıb. Mətbuata qapalı keçrilən iclasda “Barış pınarı” hərəkatı ilə bağlı müzakirələr aparılıb, tapşırıqlar verilib.

Türkiyənin yeni əməliyyata başlaması bir çox ölkələri narahat etməyə başlayıb. ABŞ prezidenti Donald Tramp əməliyyatları dəstəkləmədiyini bəyan edib.

Bundan əlavə, oktyabrın 10-na BMT Təhlükəsizlik Şurasının iclası çağırılıb. Fransa, Böyük Britaniya, Almaniya, Belçika və Polşa nümayəndələrinin tələbilə BMT TŞ-da Türkiyə ordusunun Suriyanın şimalında əməliyyata başlamasına dair müzakirələr aparılacaq.

Çap
Oxşar xəbərlər
Şərh bildir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Canlı yayım
Sosial şəbəkə
TƏQVİM
«    oktyabr 2019    »
BeÇaÇCaCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
28293031