Bugün:

Əfqanıstanda terror,10 nəfər ölüb

Dünya 07-okt, 20:469 respublikatv 137 0
0
Əfqanıstanın şərqində yerləşən Cəlalabad şəhərində terrorçu-kamikadzenin idarə etdiyi mikroavtobusun təhlükəsizlik xidmətinin əməkdaşlarına bombalı hücumu nəticəsində ən azı 10 nəfərin öldüyü, 27 insanın isə yaralandığı bildirilir.
respublika tv xəbər verir ki, bu barədə məlumatı şəhərin hüquq-mühafizə orqanları yayıblar. Cəlalabadın daxil olduğu Nanqarhar vilayəti qubernatorunun sözçüsü Ataullah Xoqyani bildirib ki, bomba yüklü mikroavtobus əsgərlərin və dinc sakinlərin, o cümlədən uşaqların olduğu yerdə partladılıb. Vilayət Şurasının üzvü Zöhrab Qaderi məlumat verib ki, yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. Onun sözlərinə görə, ölənlərin sayı arta bilər.

Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Bildirilir ki, bu bölgədə fəallaşan “İslam dövləti” terror təşkilatının üzvləri hökumət binalarına, məktəblərə bombalı kamikadze hücumları həyata keçirirlər.
Çap
Oxşar xəbərlər
Şərh bildir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Canlı yayım
Sosial şəbəkə
TƏQVİM
«    oktyabr 2019    »
BeÇaÇCaCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
28293031