Bugün:

Macarıstan Türk Şurasına üzv olacaq

Dünya 07-okt, 20:389 respublikatv 1 292 0
0
Macarıstan Türk Şurasının üzvü olacaq.
“Report” “Kursiv.kz”a istinadən xəbər verir ki, bu barədə Budapeşt Sənaye Ticarət Palatasının İdarə heyətinin üzvü Yozef Kovaç Daşkənddə Türk Sahibkarlıq Sərmayə Forumunun iclası zamanı bildirib.
Qeyd edək ki, forumda Türk Şurasının üzv və müşahidəçi ölkələrindən 500-dən artıq sahibkar iştirak edib.
2018-ci ildən Türk Şurasında müşahidəçi statusuna malik Macarıstanın paytaxtında bu il sentyabrın 19-da Türk Şurasının Avropa nümayəndəliyi açılıb. Açılış mərasimində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yeni nümayəndəliyin türk dünyası ilə Avropa işgüzar dairələri arasında tərəfdaşlıq əlaqələrinin daha da genişlənməsinə təkan verəcəyini bildirmişdi.
Xatırladaq ki, 2009-cu ildə Naxçıvanda təsis toplantısı keçirilən Türk Şurası türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılıb. İlkin mərhələdə üzvlüyünə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikasının daxil olduğu bu beynəlxalq təşkilatın yaradılmasına dair saziş ötən ay Özbəkistan tərəfindən də ratifikasiya olunub. Oktyabrın 14-15 tarixlərində Bakıda keçiriləcək Türk Şurasının 7-ci sammitində Özbəkistan tam üzvlük haqqı ilə iştirak edəcək.
Çap
Oxşar xəbərlər
Şərh bildir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Canlı yayım
Sosial şəbəkə
TƏQVİM
«    oktyabr 2019    »
BeÇaÇCaCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
28293031