Bugün:

Qırğız Respublikası Azərbaycana birgə müəssisələr yaratmağı təklif edib

Dünya 07-okt, 20:369 respublikatv 1 457 0
0
Qırğız Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan tərəfinə kənd təsərrüfatı sahəsində birgə müəssisələr yaratmağı təklif edib.
“Report” Qırğız Respublikasının KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat nazirinin müavini Sultan Əhmədov bildirib.
“Qırğız Respublikasının Avrasiya İqtisadi İttifaqına daxil olmasından sonra halal standartlarına əməl olunması üçün ixtisaslı laboratoriyalar yaratmaq istiqamətində xeyli işlər görülüb. Bundan başqa, bizim geyim əşyalarımıza tələbat yüksək olduğuna görə tikiş sənayesində birgə müəssisələr yaratmağı təklif edirik”, - qırğız rəsmisi qeyd edib.
Bununla yanaşı, Sərmayələrin Təşviqi və Qorunması Agentliyinin direktoru Adilbek Şümkərbekoğlu ölkəsinin sərmayə potensialından söhbət açıb: “Son 10 ildə sürətlə inkişaf etməyə başlayan emal sahəmiz sərmayəçilərin diqqətini cəlb edir. Bundan əlavə, böyük potensiala malik mədən sahəmizə də sərmayədarların marağı var. Hazırda Kanada, Avropa ölkələri, Çin, Qazaxıstan şirkətlərilə çalışırıq. Son 5 ildə İT sahəmiz də xeyli inkişaf edir, bu sahədə bütün vergilərdən azad edən qanun qüvvədədir, böyük güzəştlər tətbiq olunur. Kənd təsərrüfatında, kənd məhsullarının emalında da vergi güzəştləri var. Bundan əlavə, ölkəmizdə yaradılan xüsusi bölgələrdə müəssisələr bütün vergilərdən azaddır, gömrük rüsumlarında da xeyli güzəştlər tətbiq olunur”.
2020-ci ildə iki ölkə arasında biznes forum keçirmək təklifini irəli sürən Qırğız Respublikasının baş nazirinin birinci müavini Kubatbek Boronov da bunun ticarət və sərmayə əlaqələrini inkişaf etdirmək baxımdan zəruri olduğunu qeyd edib.
“Təəssüf ki, statistik rəqəmlər ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığın potensialından heç də tam həcmdə istifadə olunmadığını göstərir”, - deyən qırğız rəsmisi 2018-ci ildə ikitərəfli ticarət dövriyyəsinin vur-tut 5 milyon dollar səviyyəsində olduğunu qeyd edib: “Cari ilin 6 ayının yekunlarına görə, ticarət dövriyyəsi 170 faiz artıb. Biz Azərbaycana ekoloji təmiz bal, kartof, paxla, ət məhsullarımızı ixrac etməkdə maraqlıyıq. Azərbaycan isə bizə yağ, toxum və s. ixrac edə bilər”.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Çap
Oxşar xəbərlər
Şərh bildir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Canlı yayım
Sosial şəbəkə
TƏQVİM
«    oktyabr 2019    »
BeÇaÇCaCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
28293031