Bugün:

Maşınından 90 telefon çıxdı

Cinayət 18-avq, 14:279 respublikatv 2 281 0
0
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə “Mercedes Benz Sprinter” markalı, “99 ES 982” dövlət nömrə nişanlı nəqliyyat vasitəsində ölkə ərazisinə gömrük qaydalarının pozulması yolu ilə gətirilən mobil telefonların olması barədə əməliyyat məlumatı daxil olub. 

Respublika tv Qafqazinfo-nun istinadən xəbər verir ki, məlumat əsasında həmin avtomobil Tovuz rayonundakı Avtovağzal ərazisində saxlanılıb və nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindəki qutuda mobil telefonların olduğu müəyyən edilib. Qutuya ətraflı baxış keçirilməsi üçün avtomobil “Tovuz” gömrük postunun inzibati binasının həyətinə gətirilib.


Yoxlama zamanı qutuda 25 ədəd “Samsung Galaxy A20”, 25 ədəd “Redmi Note 7”, 10 ədəd “Redmi 7”, 9 ədəd “Redmi 7A”, 3 ədəd “Redmi Note 6 Pro”, 6 ədəd “Mi 8 Lite”, 4 ədəd “Mi A2 Lite”, 8 ədəd “Mi Play” markalı, üzərində heç bir aksesuarı olmayan telefonlar, 35 ədəd mobil telefon qutusu, 15 ədəd USB, 15 ədəd qidalandırıcı başlıq və 10 ədəd qulaqcıq aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

Çap
Oxşar xəbərlər
Şərh bildir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Canlı yayım
Sosial şəbəkə
TƏQVİM
«    sentyabr 2019    »
BeÇaÇCaCŞBa
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30