Bugün:

Abşeronda 20-ə yaxın evdən oğurluq edən şəxslər tutulub

Cinayət 17-avq, 13:329 respublikatv 2 145 0
0
Abşeronda evlərdən oğurluq edən şəxslər tutulub.  

Respublika tv Apa-ya istinadən xəbər verir ki, Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və Mehdiabad Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, 1993-cü il təvəllüdlü Rəşad Quliyev və 1996-cı il təvəllüdlü Bəxtiyar Nərimanov saxlanılıb.


Saxlanılan şəxslərin Mehdiabad, Fatmayı və Digah qəsəbələrində 20-yə yaxın mənzildən oğurluq etdiyi müəyyən edilib. 


Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər Mehdiabad qəsəbəsində Sənan Mustafayevə məxsus evə daxil olaraq 13 min manatlıq qızıl, hər biri 150 manat dəyərində mobil telefon və bir ədəd 1500 manat dəyərində noutbuk oğurlayaraq vətəndaşa 14 800 manat maddi ziyan vurublar.


Bu müddət ərzində dostların  rayonun Fatmayı və Digah qəsəbələrində də fərdi yaşayış evlərindən oğurluq etdiyi müəyyən edilib.


Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi aşılıb, araşdırmalar davam etdirilir.
Çap
Oxşar xəbərlər
Şərh bildir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Canlı yayım
Sosial şəbəkə
TƏQVİM
«    sentyabr 2019    »
BeÇaÇCaCŞBa
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30