Bugün:

Qubada 110 kq yararsız ət aşkarlanıb

Cinayət 12-avq, 18:529 respublikatv 25 469 0
0
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

Respublika tv xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən verilən məlumata görə, növbəti belə tədbirlər avqustun 11-də DİN əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Quba rayonu ərazisində keçirilib.


Şəhər sakini V. Manafovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 110 kiloqram iribuynuzlu mal əti aşkar edilərək götürülüb.


Ətlərdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin Quba Regional Sınaq  laboratoriyasına təhvil verilib.


Araşdırmalar aparılır.
 

Çap
Oxşar xəbərlər
Şərh bildir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Canlı yayım
Sosial şəbəkə
TƏQVİM
«    sentyabr 2019    »
BeÇaÇCaCŞBa
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30