Bugün:

ABŞ səfiri Azərbaycan hərbçiləri ilə görüşdü - FOTOLAR

Cəmiyyət 09-okt, 12:369 respublikatv 1 249 0
0
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimlərində iştirak etmiş Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüşüb.
Müdafiə Nazirliyindən Respublika Tv -a verilən məlumata görə, tədbirdə çıxış edən səfir Ö.Litzenberq Azərbaycan Respublikası ilə NATO arasında tərəfdaşlığın əsasının 1994-cü ildən qoyulduğunu, bu müddət ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının bir çox təlim və kurslarda iştirak etdiyini bildirib. Diplomat həmçinin vurğulayıb ki, keçirilən təlimlər hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşməsində böyük rol oynayır. ABŞ səfiri təlimdə iştirak edən hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.



Daha sonra polkovnik Siyavuş Mustafayev “Saber Junction - 19” çoxmillətli briqada taktiki təliminin vacibliyindən danışaraq bu kimi təlimlərin tərəfdaş ölkələr arasında təcrübə mübadiləsi aparılması, əməliyyat uyarlılığının təmin edilməsi və döyüş hazırlığının yüksəldilməsi istiqamətində böyük önəm daşıdığını bildirib.








Çap
Oxşar xəbərlər
Şərh bildir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Canlı yayım
Sosial şəbəkə
TƏQVİM
«    oktyabr 2019    »
BeÇaÇCaCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
28293031