Bugün:

Şəhid ailəsi Prezidentlə xanımını toya dəvət etdi: “Məmnuniyyətlə gələrik”

Cəmiyyət 08-okt, 23:109 respublikatv 1 251 0
0
Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində qonaq olublar. Ölkə başçısı və birinci xanım Fəridə Cabbarovanın ailə üzvləri ilə görüşüb söhbət edib.
Respublika TV xəbər verir ki, səmimi söhbət əsnasında F.Cabbarova Prezidentlə xanımını oğlunun toyuna dəvət edib:

Fəridə Cabbarova: Mən bir şeyi də qeyd edim ki, Sizin şəhid ailələrinə birdəfəlik 11 min manat yardımınız demək olar, subay olan bir çox şəhid övladlarına dəstək oldu. İnşallah, bu yaxınlarda mən Nicata toy etmək istəyirəm. Arzu edərdim ki, Siz Nicatın toyunda iştirak edib, xeyir-dua verəsiniz.



Prezident İlham ƏliyevTəbrik edirəm bəri başdan. Allah xoşbəxt eləsin.

Birinci xanım Mehriban ƏliyevaArtıq bilirsiniz nə zaman olacaq?

Prezident İlham ƏliyevTarixi məlumdur?

Fəridə Cabbarova: Bəli, deyərik.

Prezident İlham ƏliyevMehriban xanıma deyərsiniz, məmnuniyyətlə gələrik.

Birinci xanım Mehriban ƏliyevaBöyük məmnuniyyətlə gəlib iştirak edərəm.

Prezident İlham ƏliyevBilirsiniz ki, Mehriban xanım da bu məsələ ilə çox ciddi məşğuldur. Onun yeni fəaliyyət dövründəki ilk tədbiri məhz məcburi köçkünlərin problemlərinə həsr edilmişdir. Bu məsələni daim diqqətdə saxlayır və bu şəhərciklərin ərsəyə gəlməsində də onun böyük əməyi vardır.

Fəridə Cabbarova: Bəli, biz onu bilirik. Mehriban xanım keçən dəfə də buraya gəlmişdi. Hətta onu o qədər öpdülər ki, mən dedim, ay Allah Mehriban xanımın nə qədər səbri var. Çox sağ olsun, Mehriban xanımın da gördüyü işlər danılmazdır. Hər ikinizə minnətdarıq, Allah Sizləri Azərbaycana çox görməsin. Həmişə Sizi bir yerdə görək, ölkəmizin başında olasınız və xalqımız Sizinlə daim fəxr etsin, qürurlansın.

Prezident İlham ƏliyevÇox sağ olun, təşəkkür edirəm.
Çap
Oxşar xəbərlər
Şərh bildir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Canlı yayım
Sosial şəbəkə
TƏQVİM
«    oktyabr 2019    »
BeÇaÇCaCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
28293031